Dünya

Yerevan meriyasının qarşısına zibil paketləri atdılar

9 İyul 2019 15:53
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, etirazçılar meriya binasının qarşısına zibil paketləri atıblar.

Qeyd olunur ki, etirazçılar küçələrdən zibilin yığışdırılmadığını bildiriblər. Aksiya iştirakçıları arasında saxlanılanlar var.

Son dövrlərdə şəhərdə zibilin toplanması ilə məşğul olan "Sanitek" şirkətinin işinin öhdəsindən gələ bilmədiyi deyilir.

Yerevan meriyası şirkəti bir neçə dəfə cərimələdiyini bildirib. Şirkət isə şəhərdə yolların pis vəziyyətdə olması ilə əlaqədar zibil maşınlarının tez sıradan çıxdığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.