Dünya

Çinin cənubunda köç başladı - SƏBƏB

9 İyul 2019 13:50
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda 1,4 mindən çox sakin təxliyə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təxliyə barədə qərar hava şəraiti ilə bağlı qəbul olunub. Qeyd edilir ki, bölgədə aramsız yağışlarla əlaqədar daşqın təhlükəsi yaranıb. Bu səbəbdən muxtar rayonun şimalında daha 100 min insanın təxliyəsi gözlənilir.

Məlumata görə, təbii fəlakət nəticəsində bəzi yerlərdə əkin sahələri, yollar su altında qalıb, elektrik təchizatı kəsilib.

Yağışın fəsadlarının aradan qaldırılması üçün yüzlərlə xilasedici səfərbər edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.