Dünya

Vaşinqtonda güclü yağış: "Ağ Ev"i su basdı - FOTO - VİDEO

8 İyul 2019 20:31
1 Şərh     Baxış: 2 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqtonda güclü yağış nəticəsində şəhərin bir sıra rayonları su altında qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, metronun bir neçə stansiyası, eləcə də "Ağ Ev"də bəzi tikililəri də su basıb.

ABŞ prezidentinin mətbuat xidmətinin jurnalistləri "Twitter"də su basmış ofislərinin fotolarını paylaşıblar.

Bundan başqa, dəmir yolunda sərnişindaşıma ilə məşğul olan "Amtrak" şirkəti bildirib ki, Vaşinqtonun cənubuna hərəkət edən bütün qatarlar dayandırılıb.

Güclü yağış elektrik təsərrüfatının işinə də problem yaradıb. Bir neçə min insan işıqsız qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.