Dünya

Netanyahu səhiyyə naziri ilə görüş tələb etdi - Nazir isə özüdür

7 İyul 2019 18:16
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Binyamin Netanyahu hökumətin bu gün keçirilmiş iclasında səhiyyə naziri ilə görüşün keçirilməsini tələb edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, vəziyyətin maraqlı tərəfi səhiyyə naziri funksiyalarını Netanyahunun özünün icra etməsindən ibarətdir.

Mənbəyə görə, səhiyyə sistemindəki problemlərlə bağlı məlumatlardan qəzəblənmiş Netanyahu yumruğunu masaya çırpıb və tələb edib ki, səhiyyə naziri ilə görüş təyin olunsun.

"Cənab baş nazir, bu, sizin özünüzsünüz", - iclas iştirakçıları ona xatırladıb.

Qeyd olunur ki, səhiyyə sisteminə bilavasitə rəhbərliyi nazir müavini postunu tutan Yaakov Litsman həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.