Dünya

“Bura sizin üçün hansısa banan respublikası deyil!”

7 İyul 2019 14:31
1 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder bildirib ki, ABŞ prezidenti Donald Tramp öz tərəfdarlarını vassal halına salmaq niyyətindədir.

Milli.Az virtualaz.org-a istinadən xəbər veirr ki, Şröder bunu "Handelsblatt" qəzetinə müsahibəsində deyib.

Almaniya hökumətinin keçmiş rəhbəri qeyd edib ki, Ağ Evin başçısı "azadlıq və bazar iqtisadiyyatı bayrağı altında" dünya iqtisadi sistemini məhv edir.

ABŞ-ın Almaniyadakı səfiri Rimard Qrenellin sözləri Şröderi özündən çıxarıb: "Amerika səfiri hansı cürətlə burada oturub Almaniyanın hərbi büdcəsini tənqid edir və bizim avtomobil sənayemizə hücumlar edir?"

"Mən istərdim ki, AFR hökuməti bunun ona aid olmadığını bildirsin. Bura sizin üçün hansısa banan respublikası deyil!" - Almainyanın keçmiş kansleri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.