Dünya

Britaniyada böyük quldarlıq şəbəkəsi ifşa edildi

7 İyul 2019 13:41
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya məhkəməsi Polşa vətəndaşları sayılan beş kişi və üç qadına müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzası kəsib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya prokurorluğunun rəsmi məlumatında göstərilir.

Rəsmi sənədlərdə bildirildiyinə görə, həmin şəxslər Polşadan öz həmvətənlərini pulsuz mənzil və yaxşı maaş vədi ilə aldadıblar. Gətirilənlərin çoxu evsiz və asılılığı olan insanlar olub. Lakin onların hamısı dar evə həbs edilib, həftədə 10 funta ağır işlər görürmüşlər.

"Bu, Böyük Britaniyada, bəlkə də Avropada köləliklə bağlı ən böyük məhkəmə prosesidir. Əməliyyatın miqyası olduqca heyrətamizdir. Cinayətkar qrup qul əməyi və şəxslərin sistematik istismar edilərək işlədilməsi sayəsində milyonlarla funt sterlinq qazanıblar," - prokurorluğun nümayəndəsi Mark Pol mətbuata bildirib.

Araşdırma 88 zərərçəkənin ifadəsi əsasında aparılsa da, təhqiqat sonunda 300-dən çox bu fırıldaqdan əziyyət çəkən şəxs müəyyən edilib.

Cinayətkar qrupun üzvləri öz qurbanlarını sosial yardım haqqında ərizə yazmağa məcbur edərək, sonradan alınan pulları özlərinə götürürmüşlər. Bunun nəticəsində onlar maaşlar və güzəştlərdən 2,46 milyon funt sterlinq pula yiyələniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.