Dünya

Azərbaycanlı iş adamı rus qadına şok yaşatdı - FOTO

7 İyul 2019 12:24
3 Şərh     Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Kalinin rayonundakı ərzaq mağazalarının birinin qarşısında canlanma yaşanıb. Polis, təcili yardım maşınları, əsəbi sahibkar... Bütün bunlara səbəb isə qurdlu pirojna olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, dünən günorta vaxtı Viktoriya adlı qadın Rustaveli, 13-də yerləşən dükandan iki pirojna alıb. Onun 11 yaşlı qızı ilk pirojnanı elə tez yeyib ki, şirniyyatın qoxusuna, dadına və tərkibinə fikir verən olmayıb. Lakin ikinci pirojnaya uşaq daha diqqətlə yanaşıb və onun qurdlu olduğunu görüb.

Viktoriya birbaşa mağazaya təcili yardım və polis çağırıb. Həkimlər bildiriblər ki, uşaq sağlamdır və yedikləri həzm olunacaq. Polis əməkdaşları isə protokol tərtib ediblər.

Mağazadan verilən çekə əsasən, obyektin sahibi Azərbaycan vətəndaşı Vüqar Məcidovdur. O, 2006-cı ildən Peterburqda sahibkarlıqla məşğuldur. Pərakəndə satışla məşğul olan "Varera" MMC adlı müəssisə də onun adına qeydiyyatdan keçirilib.

Məcidovun adı indiyə kimi dəfələrlə polis və prokurorluq orqanlarının iddiası isə məhkəmə çəkişmələrində hallanıb, lakin özü heç vaxt məhkəmə iclaslarına gəlməyib. Bu həftənin əvvəlində, mənbənin bildirdiyinə görə, azərbaycanlı iş adamı barəsində müşayiət edən sənədləri olmadan spirtli içkilərin satışına görə məhkəmə hökmü çıxarılıb və o, 10 min rubl cərimə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.