Dünya

Pakistanda 700-dən çox uşaq QİÇS-ə yoluxub

5 İyul 2019 08:12
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda yaşayan 700-dən çox uşaq QİÇS-ə yoluxub.

Trend-in "The Telegraph"-a istinadən verdiyi məlumata görə, epidemiya ilə bağlı ilk əlamətlərə hələ aprel ayında Larkana şəhərində rast gəlinib.

Tibb işçilərindən biri müşahidə edib ki, bir neçə uşağın temperaturunu azaltmaq mümkün olmayıb, xəstələr müalicəyə zəif cavab veriblər. Onların HİV virusu daşıyıcıları olduğu aşkarlanıb.

Bunla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yerli sakinlər arasında yoxlama aparıb. Nəticədə 30 minə yaxın insanın müayinəsindən sonra onlardan 876-sının virusa yoluxduğu bəlli olub. Onların 82% -i 15 yaşadək uşaqlar olub.

Virusun məsuliyyətsiz həkimlərin günahı ucbatından yayıldığı ehtimallar edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.