Dünya

Putinlə Roma papası bir-birinə hədiyyə verdi

4 İyul 2019 19:04
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Papası I Fransisklə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nəzərdə tutulandan 1 saat gec başlayan görüş 45 dəqiqə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib.

Rusiya prezidenti papaya apostollar Pyotr və Pavelin təsvir olunduğu ikona və Andrey Konçalovskinin Mikelancelo barədə "Günah" filminin diskini hədiyyə edib.

Papa Fransisk, öz növbəsində, V.Putinə Dünya Sülh gününə aid müraciət, Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş medal və Vatikanın təsvir olunduğu, 1774-cü ilə aid qravür hədiyyə edib.

Qeyd olunur ki, medalın üzərində "Sülhlə heç nə itirilmir. Müharibədə hər şeyi itirmək olar" sözləri yazılıb.

Bu, V.Putinlə papa I Fransiskin üçüncü görüşü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.