Dünya

Barselonada "çirkli" avtomobilləri 100 avro məbləğində cərimə gözləyir

4 İyul 2019 22:30
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselonanın şəhər şurası artıq ekoloji nişanlamaya malik olmayan avtomobili 100 avro məbləğində cərimələməyə imkan verən mexanizmə sahibdir. Bu tədbir atmosferi çirkləndirən tullantıların yüksək səviyyəsinə qarşı mübarizəyə istiqamətlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhdudiyyət 2020-ci il yanvarın 1-dən və ya atmosferin azot dioksidi ilə güclü çirkləndirilməsi zamanı daha tez qüvvəyə minəcək. Havanın çirklənmə dərəcəsinin yüksək olduğu günlərdə ictimai nəqliyyatda gediş haqqına endirimlər təklif olunacaq.

Barselonanın şəhər şurasında jurnalistlərə bildiriblər ki, tədbir əhalinin öz nəqliyyat vasitələrini dəyişdirməsi məqsədi daşımır, ictimai nəqliyyatdan istifadəni təşviq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.