Dünya

İspaniya Mərakeşə 26 milyon avro ayıracaq

4 İyul 2019 21:40
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya öz sərhədlərinə nəzarəti gücləndirmək və bu yolla Avropaya qanunsuz miqrasiyanın qarşısını almaq üçün Mərakeş Daxili İşlər Nazirliyinin nəqliyyat vasitələri parkı ilə təchiz olunmasına 26 milyon avro ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nəqliyyat vasitələri parkına dörd tip yolsuzluq avtomobilindən, o cümlədən təcili yardım maşınlarından və dörd tip yük avtomobilindən, o cümlədən avtosistern və refrijeratorlardan ibarət yeddi partiya avtomobil daxildir. Bu yardım sərhədlərə nəzarət səylərini kompensasiya etmək üçün Avropa Komissiyasının Mərakeşə vəd etdiyi 140 milyon avro ödəmənin bir hissəsidir.

İspaniya 2018-ci ilin oktyabrında Mərakeş, Seneqal və Mavritaniyaya 3,2 milyon avroluq 108 avtomobil və kompüter texnikası hədiyyə edib.

Mərakeş sərhədlərində nəzarətin gücləndirilməsi miqrant axınınin rekord səviyyəyə çatdığı ildən sonrakı ilin birinci yarısında İspaniyaya gələn miqrantların sayının azalmasına gətirib çıxarıb. İspaniya Daxili İşlər Nazirliyi iyunun 31-nə qədər 13 263 miqrant qeydə alıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 23 faiz azdır.

İspaniyanın məruz qaldığı miqrasiya təzyiqi fevral ayında zəifləməyə başlayıb. Bu, İspaniya Kralı VI Felipenin Mərakeşə səfəri ilə bir vaxta təsadüf edib. İspaniya Kralı Rabatda Mərakeş Kralı VI Məhəmmədlə görüşündə ondan mühacirətə nəzarət çərçivəsindən kənara çıxmağı xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.