Dünya

Böyük Britaniyanın yeni vətəndaş pasportları Polşada hazırlanacaq

3 İyul 2019 22:49
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Brexitdən sonrakı mavi rəngli vətəndaş pasportlarını fransız şirkəti olan "Gemalto" Polşada hazırlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sonuncu tenderində qalib gələrək 11,5 illik müqavilə imzalayıb.

Yeni pasportlar Varşava, Qdansk, Poznan, Tçeve və Krakov şəhərlərində hazırlanacaq. Bu sənədlər dünyanın ən mükəmməl biometrik pasportları olacaq. Pasport sahibinin şəxsi məlumatları elektron mikroçipdə sənədin vərəqinə həkk ediləcək. Məlumatların oğurlanması isə qeyri mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.