Dünya

Dünyanın ən qədim xəritəsi kimə məxsusdur? - Tarixi fakt

3 İyul 2019 20:34
0 Şərh     Baxış: 3 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illər ilk xəritənin kimə məxsus olması barədə elmi müzakirələr gedib. Bəzən elm dünyası məşhur dəniz səyyahı Piri Rəisin xəritəsindəki dəqiqliyin sirrini açmaqda çətinlik çəkib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Topqapı sarayından təsadüfən tapılan bu xəritənin qədim bir xəritə əsasında tərtib edildiyi bildirilir. Bəzi mənbələr eramızdan əvvələ aid xəritələrin də olduğunu qeyd edirlər.

Bəs ən qədim xəritə kimindir?

Bu sualın cavabını tarixçi-alim Əkbər Nəcəf cavablandırıb:

"Dünyada ilk xəritə Akkad dövrünə aiddir. İndiki Kərkük yaxınılığında Nuzidə tapılan Akkadlardan Sarqon sülaləsi dövrünə aid bu xəritənin b.e.ə. 2200-cü ilə aid olduğu məlumdur. Həmin xəritədə böyük bir çay, kənarlarında balıq pulcuğu şəklində göstərilmiş sıradağlar rəsm edilib. Xəritənin üstündə içi yazılı kiçik dairələr isə istiqaməti göstərir.

Maraqlıdır ki bu xəritə 7-8 sm-lik kil table üstündə hazırlanmış və əl qədərdir. Xəritənin üstündə Şumer-akkad dillərində açıqlamalar mövcuddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.