Dünya

OPEC+ sazişi doqquz ay müddətinə uzadılacaq

30 İyun 2019 10:07
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC ölkələri ("OPEC plus) ilə imzalanan neft hasilatının azaldılmasına dair müqavilə doqquz ay müddətinə uzadılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın Energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih məlumat verib.

Gələcəkdə neft hasilatının azaldılmasının məqsədəuygun olub olmaması barədə sualı cavablandıran nazir bildirib ki, "düşünmürəm ki, bazarın buna ehtiyacı var". Səudiyyəli nazirin fikrincə, neftə tələbat bir qədər aşagı düşür, lakin ümumilikdə yaxşı səviyyədə qalır.

Daha əvvəl Xalid əl-Falih bildirib ki, sazişin uzadılması neft bazarını balanslaşdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.