Dünya

3 il sonra Putinlə bir araya gəldi - Bu dəfə üzü gülmədi...

28 İyun 2019 17:49
0 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 28-də Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın Osaka şəhərində "G20" sammiti çərçivəsində Böyük Britaniyanın sabiq Baş Naziri Tereza Meylə görüşü baş tutub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Meyin Putinlə son 3 ildə ilk tamformatlı görüşü olub. Belə ki, tərəflər sonuncu dəfə 2016-cı ilin sentyabrın 4-də Çində "G20" sammitində təkbətək görüşüblər. 

Keçmiş Baş Nazir ötən görüşündə olduğu kimi bu dəfə də önəmli tədbir üçün parlaq qırmızı rəngli kostyumdan istifadə edib. Lakin 2016-cı il görüşündə olduqca şən olan Meyin əhval-ruhiyyəsinin bu gün yaxşı olmadığı diqqətdən qaçmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.