Dünya

Çin Rusiya neftini almaqdan imtina etdi - Səbəb

26 İyun 2019 19:00
0 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin gömrük orqanları istehlakçılara çirklənmiş Rusiya neftini almağı qadağan edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Röyter" agentliyi öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, yeni qərar nəticəsində Rusiyanın 500 milyon dollar dəyərində olan 1 milyon ton çirkli nefti alıcısız qalıb.

Çində istehlakçılar çirkli Rusiya neftini almaqdan imtina etməklə bərabər treyder olan "Vitol" şirkətini Avropaya göndərməyə məcbur ediblər.

Qeyd olunur ki, bazarda qara qızılın qiymətinin 65 dollar olmasına baxmayaraq, Rusiya çirkli neftin bir barelini 10-20 dollara təklif edir. Bunun sayəsində Moskva əlində olan çirkli neftin böyük hissəsini (800 min ton) Çin və Hindistanın alacağına ümid etdiyini, amma bu ümidlərin doğrulmadığı vurğulanır.

Qeyd edək ki, indiyə qədər Çin Rusiyanın iki milyon barel çirkli neftini alıb. Çin şirkəti bu nefti aprelin əvvəlində əldə edib. Avropada isə çirklənmiş Rusiya neftini alıcıları İspaniyanın "Repsol", İsveçin "Preem" və Finlandiyanın "Neste Oil" şirkətləri olublar. Nəşr qeyd edir ki, onlar ümumilikdə Rusiyadan 600 min ton çirklənmiş neft alıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.