Dünya

Budapeşt: Avropa İttifaqının fəaliyyəti son 5 il ərzində çox uğursuz olub

26 İyun 2019 18:30
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Avropa Komissiyası prezidenti postuna "səriştəli siyasətçi"nin seçilməsini istəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Baş Nazirin dəftərxanasının rəhbəri Gergey Qulyaş iyunun 25-də parlamentin Avropa məsələləri üzrə komitəsində bəyan edib. "Aİ-nin son 5 il ərzində fəaliyyəti çox uğursuz olub", - deyə Qulyaş dinləmələrdə gileylənib. O, liderlik keyfiyyətlərinə, xüsusən də Aİ-nin miqrasiya və Brexit məsələlərinin həllinə dair narahatlığını ifadə edib. Qulyaş deyib: "Avropa Komissiyasını dəyişdirmək lazımdır. Bu, siyasi komitə deyil, Aİ razılaşmalarının icrasını izləyən orqan olmalıdır". Aİ təsisatları hər bir üzv dövlətlə "onlardan hər hansı birinə əvvəldən hücum etmədən", "düzgün və balanslaşdırılmış" münasibəti dəstəkləyə bilən liderlərə malik olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.