Dünya

BMT-dən dəhşətli statistika - 271 milyon insan...

26 İyun 2019 16:24
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə bütün dünya üzrə 271 milyon insan narkotikdən istifadə edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) iyunun 26-da təqdim etdiyi məruzəsində bildirilib.

Burada söhbət kannabis, kokain və tiryək, eləcə də müxtəlif sintetik narkotik vasitələrdən istifadə edən insanlardan gedir.

Məruzəyə əsasən, 2017-ci il ərzində tibbi yardıma ehtiyacı olan narkotikdən asılı insanların sayı 30 milyondan 35 milyonadək artıb. Bu müddət ərzində yarım milyondan çox ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.