Dünya

Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar

26 İyun 2019 08:17
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Nahşebba (iki dəfə), Safsafa (iki dəfə), Əyn-Əl-Kantara, Raşa, Royset-Ruşu, Sandran, Bşarfa, Daxr-Abu-Asad, Mqaret, Kara-Şaaban yaşayış məntəqələrini, Həma vilayətinin Calama, Kara-Curn və Skalbiya yaşayış məntəqələrini atəşə tutub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.