Dünya

Qəzada yanan avtomobildən narkotik aşkarlandı, 2 nəfər öldü

25 İyun 2019 21:37
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsfahan vilayətinin Nain rayonunda Peugeot 405 markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan vilayəti Nain rayonunun hüquq-mühafizə orqanının rəisi polkovnik İrəc Kakavənd polis informasiya agentliyinə açıqlamasında deyib.

İ.Kakavəndin sözlərinə görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini yanaraq ölüb.

Kakavənd əlavə edib ki, avtomobilə baxış keçirilərkən baqajda 75 kq həşiş aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.