Dünya

Rus deputatdan NATO rəhbərinə: Boşboğazdır!

25 İyun 2019 20:31
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO rəhbəri Yens Stoltenberq məsuliyyətsiz boşboğazdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib.

"Stoltenberq boşboğaz olduğundan onun fikri bizi o qədər də maraqlandırmır. Dövlət başçısının açıq şəkildə ifadə etdiyi kimi Rusiya sərhədləri yaxınlığında quraşdırılan ABŞ cihazlarına qarşı tədbirlər görəcəyik. Biz bunu mütləq edəcəyik, onların nə edəcəyi bizi maraqlandırmır", - deyə V.Şamanov deyib.

Qeyd edək ki, Stoltenberq Rusiyanın Yaxın və Orta Mənzilli raketlər barədə müqaviləyə geri dönməyəcəyi təqdirdə NATO-nun bununla bağlı ciddi tədbirlər görəcəyini vurğulamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.