Dünya

Məşhur aranjımançıdan xəbər yoxdur

25 İyun 2019 16:29
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Murat Boz, İşın Karaca, Emre Kaya kimi populyar şəxslərlə ortaq layihələrə imza atan aranjımançı Mert Ali İçelli itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə musiqiçinin xanımı Elif İçelli məlumat yayıb.

O, polisə müraciət edərək həyat yoldaşının mayın 12-dən yoxa çıxdğını bildirib. E. İçelli qeyd edib ki, 16 illik ərinin konsert üçün İzmirə getdiyini, həmin gün sonuncu dəfə "Whatsapp" yazışdıqlarını bildirib.

"Mesajlaşmağımızdan sonra telefonuna zəng çatmadı. "Dostunu tap" axtarış platforması vasitəsi ilə telefonunun bir müddət İzmirdə olması barədə məlumat aldıq. Daha sonra siqnal itdi. Günlər keçib, onunla əlaqə qura bilmirəm. Başına pis bir şey gələcəyindən qorxuram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.