Dünya

“Əlimizdə inkaredilməz faktlar var” - İran ABŞ-a meydan oxudu

25 İyun 2019 12:29
1 Şərh     Baxış: 1 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın BMT-dəki daimi təmsilçisi Məcid Ravançi BMT Təhlükəsizlik Şurasında keçirilən İran müzakirələrinə buraxılmamasına sərt reaksiya verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İran diplomatı ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq səlahiyyətini neqativ yöndə istifadə etdiyini və bu qurumun İrana qarşı siyasət sərgiləməsi məqsədilə Təhlükəsizlik Şurasına yanlış istiqamət verdiyini bəyan edib.

Diplomat əlavə edib ki, hava sahəsində ABŞ-ın kəşfiyyat dronunu zərərsizləşdirən bir ölkə kimi İranın BMT Təhlükəsizlik Şurasının toplantısına qatılmaq haqqı var: "Biz toplantıya qatılmaq üçün öncədən müraciət etmişdik. Ancaq bizim Təhlükəsizlik Şurasında iştirak etməyimizə maneə oldular. Bu gün BMT Təhlükəsizlik Şurası yalnız ABŞ tərəfindən məlumatlar alır. ABŞ səlahiyyətindən istifadə edərək İrana qarşı siyasətinə dəstək almaq məqsədilə Təhlükəsizlik Şurasına yanlış məlumatlar verir. Əlimizdə Təhlükəsizlik Şurasına təqdim edəcəyimiz inkaredilməz faktlar var".

Səfir əlavə edib ki, İran tərəfi dialoqa hazırdır və bu istək BMT baş katibinə çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.