Dünya

AŞPA Rusiyanın təşkilata qayıtmasına səs verib

25 İyun 2019 11:09
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya nümayəndə heyətinin qayıtmasına Assambleyanın işində iştirak edən 190 deputatdan 118-i səs verib. Daha 62 nəfər qətnamənin əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Eyni zamanda, nümayəndə heyətinin səlahiyyətləri üzrə məsələ açıq qalır.

AŞPA-nın məlumatında bildirilir ki, Rusiya nümayəndə heyəti ilə bağlı qətnamənin və Ukrayna, Gürcüstan və Böyük Britaniya parlamentarilərinin bu sənədlə əlaqədar təkliflərinə baxılması doqquz saat davam edib. Rusiya parlamentariləri artıq iyunun 25-dən Assambleyanın iclaslarında iştirak edəcək. Rusiya mətbuatının məlumatına görə, nümayəndə heyəti onun hüquqlarının məhdudlaşdırılması halında AŞPA-nı tərk etmək hüququnu qoruyub saxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.