Dünya

Oman körfəzində tankerlərə hücum pisləndi

25 İyun 2019 12:09
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BMT Təhlükəsizlik Şurası Oman körfəzində tankerlərə hücumu pisləyib və bunu təhlükəsizliyə təhdid adlandırıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Küveytin BMT yanında daimi nümayəndəsi Mənsur Əl-Otaibi deyib.

M.Əl-Otaibi bildirib: "Təhlükəsizlik Şurasının üzvləri dəniz naviqasiya və enerji üçün ciddi təhlükə kəsb edən neft tankerlərinə hücumu pisləyib".

Daimi nümayəndənin sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün iştirakçı və region ölkələrini maksimum təmkinli olmağa və gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.