Dünya

Tehran BMT-yə ABŞ-ın PUA-sının İran ərazisi üzərində vurulmasının sübutunu təqdim edib

25 İyun 2019 08:48
0 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran regionda vəziyyətin sabitləşməsi barədə dialoqa hazırdır və ümid edir ki, BMT baş katibi Antoniu Quterreş bu prosesdə vasitəçi rolunu oynaya biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi deyib.

M.Taxt-Ravançi bildirib: "Regionun təhlükəsizliyi üzrə real dialoqa ehtiyac var. Biz belə dialoqa hazır olduğumuzu artıq bildirmişik və baş katibdən bu dialoqda rol oynamasını xahiş etmişik. BMT bu böhrandan çıxış yolu axtarışında aparıcı rol oynamalıdır".

Diplomat əlavə edib ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatının İranın hava məkanında vurulduğunu təsdiq edən materialları A.Quterreşə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.