Dünya

ABŞ İranın ali dini liderinə qarşı sanksiyalar tətbiq edib

25 İyun 2019 08:53
0 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp bildirib ki, bu addım İranın son həftələr ərzində nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə görə atılır.

Məhdudlaşdırıcı tədbirlər həmçinin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da tətəbiq edilir.

ABŞ prezidentinin sözlərinə görə, yeni sanksiyalar İran rəhbərliyinin maliyyə resurlarına çıxışını bağlamağa yönləndirilib: "Mənim imzaladığım fərman vasitəsi ilə tətbiq edilən sanksiyalar rəhbər və ali dini liderin, həmçinin onun aparatının və onunla bağlılığı olan şəxslərin vacib maliyyə resurlarına və dəstəklərə çıxışlarını bağlayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.