Dünya

“Ebola” bu ölkəni darmadağın edir - 1500 ölü

24 İyun 2019 23:12
0 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulundan bu günə kimi "Ebola" virusundan ölənlərin sayı 1,5 min nəfəri ötüb.

Milli.Az Anews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin iyunun 23-nə olan məlumatına görə, ölkədə 2239 virusa yoluxma halı qeydə alınıb. Onlardan 2145 nəfərdə xəstəliyin əlamətləri təsdiqlənib. Daha 94 nəfərin bu virusa yoluxduğu ehtimal olunur.

Ümumilikdə ölkədə "Ebola"dan 1506 nəfər ölüb. 621 nəfər isə müalicə alaraq sağalıb. 

Konqoda "Ebola" virusu yayılması 2018-ci ilin iyulundan yayılmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.