Dünya

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

24 İyun 2019 18:19
0 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

"Gürcü arzusu - demokratik Gürcüstan" geniş miqyaslı siyasi islahatlara başlayır. 2020-ci il parlament seçkiləri proporsional sistemdə keçirilməlidir", - deyə siyasətçi bildirib.

Bununla da, hökumət iyunun 20-dən ölkədə etiraz aksiyaları keçirən müxalifətin üç tələbindən birini qəbul edib.

Qeyd edək ki, digər tələblər bunlar idi: Daxili İşlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də aksiyada saxlanılmış 305 nəfərin azadlığa buraxılması.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.