Dünya

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

24 İyun 2019 12:49
0 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu səbəbdən hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Məlumata görə, məntəqədə hərbi sursatlar yanır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.

Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.