Dünya

Batumidə üçüncü mərtəbədən lift qırılıb düşüb

24 İyun 2019 07:41
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Batumidə içərisində doqquz sərnişin olan lift qırılıb üçüncü mərtəbədən düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "İmedi" telekanalı xəbər verib.

Hadisə Kobaladze küçəsində 22 mərtəbəli yeni tikilmiş binada baş verib.

Nəticədə bir neçə nəfər yüngül xəsarətlər alıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən şəxslər bina tikən şirkətin məsuliyyətə cəlb edilməsini tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.