Nigeriyada "Boko Haram" radikal qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bir sıra Afrika ölkələrinin birgə qüvvələrinin iştirak etdiyi əməliyyatda 42 silahlı məhv edilib.
Bundan əlavə, əməliyyat zamanı 1 əsgər ölüb, 12-si isə yaralanıb.
Qeyd edək ki, "Boko Haram" radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir.
Milli.Az