Dünya

Dünya nüvə savaşı astanasında: Bu iki ölkə...

23 İyun 2019 14:11
0 Şərh     Baxış: 2 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda supersonik raketlərin sınaqdan keçirilməsi bu ölkəni Pakistanla nüvə müharibəsinə bir addım da yaxınlaşdırır.

Bu barədə "Nəşnl İnterest" yazıb.

"Aqni-1" raket-daşıyıcılı supersonik silahın uğursuz testlərinə baxmayaraq, layihə özlüyündə Pakistanla soyuq müharibədə atılmış bir addımdır", - nəşr qeyd edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, məqalə müəllifinin sözlərinə görə, Hindistana superonik sürətə çatması üçün Rusiyada olduğu kimi 20 Max deyil, cəmi 5 max kifayət edəcək. Belə olan halda paytaxtları arasında məsafə cəmi 700 kilometr olan iki ölkədən biri supersonik raketlərdən istifadə edəcəyi halda hədəfin vurulması dəqiqələr çəkəcək.

"Sözügedən faktı yaxşı anlayan Pakistan Hindistanın supersonik silahı olduğunu bilir və öz nüvə arsenalı barədə düşünərkən özünü "tətbiq et, ya da hər şeyi itir" düşüncəsinin əsiri kimi hiss edir", - müəllif yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.