Dünya

Dağıstanda İŞİD tərəfdarları zərərsizləşdirildi

23 İyun 2019 10:39
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Dağıstan Respublikasında İŞİD terrorçu qruplaşmasının iki tərəfdarı zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlar Rusiyanın hüquq-mühafizə orqanlarına hücum təşkil etməyi planlaşdırırdılar.

Məlumatda bildirilir ki, hüquq-mühafizə qüvvələri tərəfindən terrorçuların olduğu VAZ-2109 markalı avtomobili saxlamaq üçün cəhd göstərilib. Silahı atmaq və təslim olmaq tələbinə cavab olaraq silahlılar atəş açıb.

Qeyd edilir ki, atışma nəticəsində cinayətkarların hər ikisi zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.