Dünya

Avropanın ən qədim məscidi İspaniyada tapıldı - Yeni tarixi kəşf

22 İyun 2019 13:14
0 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar İspaniyada vestqotların tərk edilmiş qədim şəhərinin qalıqlarını tapıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ərazidə saray və bina qalıqları və Avropanın ən qədim məscidlərindən biri tapılıb. Hazırda mütəxəssislər və arxeoloqlar qazıntılar aparırlar.

Geomaqnit tədqiqat zamanı alimlər Rekkopolisdə vestqotların dağıdılmış paytaxtının qalıqlarını kəşf ediblər. Bu dövlət Avropada orta əsrlərdə, müasir Madridin kənarında salınıb. Kəşf sübut edib ki, şəhərin yaşı 1400 il və ya daha çoxdur.
Binalardan biri orientasiyasına görə digərlərindən fərqlənir. Onun divarları üzü Məkkə istiqamətində inşa edilib. Planlaşdırma orta şərqdəki məscidləri xatırladır. Amma hələ ki, qazıntılar aparılır və binanın həqiqətən də məscid olduğu araşdırılır.

Qeyd edək ki, vestqotlar qədim german tayfasıdır və Roma imperiyasının süqutundan sonra Qərbi Avropa tarixində vacib rol oynayıblar. Onlar IV əsrdə başlayan Böyük Xalqların köçündə iştirak ediblər və ispanlarla portuqalların əcdadı sayılırlar. Rekkopolis VI əsrdə inşa edilib və X əsrdə naməlum səbəblərdən tərk edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.