Dünya

Türkiyəni təhdid edənlərə göz yummayacağıq - Rusiya

22 İyun 2019 15:00
0 Şərh     Baxış: 2 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ilə Rusiya Soçi anlaşmasına sadiqdir və İdlibdə silahlı qruplaşmaların təxribatına göz yummayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İngiltərənin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Karen Piersin iddialarına cavab verən Rusiyanın London səfirliyi bildirib.

"İki ölkənin hərbçiləri ünsiyyəti davam etdirir və Suriyanın bu bölgəsində zorakılığın və qeyri-sabitliyin artmasının qarşısını almaq üçün fəaliyyətlərini koordinasiya edir. Ancaq Moskva və Ankara Türkiyə torpaqlarını, Rusiyanın Hmeymim bazasını, Suriya əsgərlərini və vətəndaşlarını təhdid edən silahlı qruplaşmaların təxribatına göz yummayacaq", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Piers Rusiyanı İdlibdə sabitliyin təmin olunmasına yönəlik razılaşmaları pozmaqda, xəstəxanaları və digər mülki obyektləri vurmaqda ittiham edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.