Dünya

Ermənistan əhalisi kəskin azalacaq - HESABAT

21 İyun 2019 08:48
6 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda BMT-nin demoqrafik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.

Hesabatda həmçinin o da proqnozlaşdırılır ki, Azərbaycanın hazırda 10,048 milyon nəfər olan əhalisi 2100-cü ildə 9,192 milyon nəfərədək azalacaq.

Ümumilikdə, proqnozlara əsasən dünya əhalisi 2054-cü ildə 8,9 milyard nəfərədək yüksələcək, amma 2100-cü ildə isə bugünkündən daha aşağı səviyyəyə - 7,3 milyard nəfərədək azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.