Dünya

Dünyanın baş polisi günahını etiraf etdi – 2,1 milyonluq rüşvət qalmaqalı

20 İyun 2019 21:54
0 Şərh     Baxış: 499

İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey bu gün keçirilən məhkəmə iclası zamanı rüşvət almağa dair günahını etiraf edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Çinin Ali Xalq Prokurorluğunun məlumatında bildirilir.

Prokuror məhkəmə iclası zamanı prokuror ittihamları irəli sürüb, iş üzrə sübutları təqdim etdikdən sonra İnterpolun sabiq rəhbəri Men Hunvey günahkar olduğunu etiraf edib və törətdiyi əmələ görə peşman olduğunu dilə gətirib.

Qeyd olunur ki, Men Hunvey son illər öz vəzifəsindən şəxsi və üçüncü şəxslərin maraqları üçün istifadə edərək qiymətli hədiyyələr və böyük həcmdə rüşvət əldə edib. Məlumata əsasən, Hunvey ümumi məbləği 14,46 milyon yuan (təxminən 2,1 milyon dollar) dəyərində rüşvət alıb.

Məhkəmə işlə bağlı qərarını daha sonra verəcək. Hələlik qərarın veriləcəyi məhkəmə iclasının keçirilmə tarixi açıqlanmır.

Qeyd edək ki, Ötən ilin oktyabrında İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Hunvey istefa verib.

Hunvey 2018-ci ilin oktyabrında zamanı qanun pozuntularına görə həbs olunub. 2004-cü ildə İnterpolun Çin bölməsinin rəhbəri olmuş Xunvey 2016-cı ilin noyabrın 10-dan 2018-ci ilin oktyabrın 7-dək İnterpolun prezidenti olub.

Fransanın Lion Şəhər Prokurorluğu tərəfindən həmin vaxt İnterpol prezidentinin itkin düşməsi ilə bağlı araşdırma başladılmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.