Dünya

Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu

20 İyun 2019 14:33
0 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 2016-cıl il iyulun 15-də hərbi çevrilişə cəhddə təqsirləndirilən 224 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, FETÖ terror təşkilatına üzvlükdə təqsirləndirilənlərdən 17-si azadlıqdan ömürlük məhrum edilib.

Həmin şəxslər arasında hərbi çevrilişi həyata keçirməkdə təqsirləndirilən Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk, Prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş baş yavəri Ali Yazıcı, generallar Ali Osman Gürcan, Mehmet Dişli, Erhan Caha, Mehmet Partigöç, polkovnik Ahmet Özçetin, zabitlər Fırat Alakuş, Bilal Akyüz və digərləri var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.