Dünya

Artıq İrana gedən turistlərin pasportlarına möhür vurulmayacaq - RƏSMİ

19 İyun 2019 16:06
3 Şərh     Baxış: 2 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidentinin göstərişi ilə xarici turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan bu ölkəyə səfər edə bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran dövlətinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin göstərişi ölkə daxilində bütün aeroportlarda icra olunacaq.

Sözçü əlavə edib ki, ABŞ-ın iqtisadi savaş siyasəti nəzərə alınarsa, hər bir turistin İrana səfər etməkdən çəkinməsi və ya səfər etdiyi halda sanksiya ilə üzləşməsi mümkündür.

İran bu yolla ölkəyə gələn turistlərin sayını artırmaq istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.