Dünya

Koçaryanın məhkəməsi təxirə salındı

18 İyun 2019 20:28
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Apellyasiya məhkəməsi keçmiş prezident Robert Koçaryanın məhkəmə iclasını təxirə salıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məhkəmə hakimi Armen Danielyan bildirib. İclas sabah keçiriləcək.

Məhkəmə Koçaryanla bağlı iki məsələyə baxır: ona qarşı ittiham aktının dəyişdirilməsi və iş üzrə icraatın dayandırılması.

Qeyd edək ki, Koçaryana qarşı 2018-ci ilin iyulunda 1 mart 2008-ci il aksiyaları zamanı konstitusion quruluşu dəyişməyə cəhdlə bağlı ittiham irəli sürülüb. O, 2018-ci ildə 2 dəfə həbs olunub. Sonuncu dəfə bu ilin mayında azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.