Dünya

Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB

18 İyun 2019 15:05
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-a getmək istəyən immiqrantları durdurmağı hədəfləyən Mexiko şəhər rəhbərliyi Orta Amerika ölkələriylə cənub sərhədinə hərbçilər yerləşdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Meksika Orta Amerika ölkələrindən keçərək ABŞ və Kanadaya getmək istəyən qeyri-qanuni miqrantlara qarşı mübarizəni artırıb.

Bu məqsədlə Meksika hökuməti min immiqrasiya məmuru ilə birgə bölgəyə 6 min mühafizəçi yerləşdirib.

Mühafizəçilərin cənub sərhədində təqribən 800 miqrantı daşıyan bir qrup yük maşınını durdurduğu da deyilir.

Qeyd edək ki, ABŞ Orta Amerika ölkələrindən ərazisinə doğru gələn köç axınını durdurmaq üçün sərhədindəki tədbirləri artırması ilə bağlı Meksikaya basqılar edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.