Dünya

İranda yeni aeroport terminalının açılışı olub

18 İyun 2019 14:24
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidenti Həsən Ruhani İmam Xomeyni aeroportunun "Salam" sərnişin terminalının açılışını edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 55 min kvadratmetr ərazidə yerləşən "Salam" sərnişin terminalı İmam Xomeyni aeroportunda sərnişin sayını ildə 5 milyon nəfər artıracaq. Beləliklə, bu aeroportun illik sərnişin qəbulu 13 milyon nəfəri keçəcək.

"Salam" terminalının açılışından sonra beş il ərzində İranşəhr terminalının ilk fazasının istismara verilməsi ilə İmam Xomeyni aeroportunun sərnişin qəbulu 25 milyon nəfəri ötəcək.

Qeyd edək ki, "Salam" terminalının inşası və istifadəyə verilməsi üçün təxminən 7 trilyon rial (təxminən 166 milyon dollar) vəsait xərclənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.