Dünya

“Mənimlə məzara gedəcək sirlərim var” - Mursinin son sözləri

18 İyun 2019 09:23
0 Şərh     Baxış: 3 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhkəmə zalında vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursinin son sözləri üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, məhkəmə zamanı ölkəsinin təhlükəsizliyi ilə bağlı vacib sirlərə sahib olduğunu bildirib.

Məhkəmə prosesinin gedişatından narazı olduğu bildirən Mursi həmin sirlərin özü ilə birlikdə məzara gedəcəyini söyləyib:

"İndiyədək məhkəmədə nələr baş verdiyini anlamıram. Nə vəkil görürəm, nə də mətbuat. Ortada bir məhkəmə də görmürəm. Məhkəmə tərəfindən təyin olunan vəkil də məni müdafiə edəcək biliyə sahib deyil. Məhkəmədən gizli bir proses istəsəm də, bu istəyim rədd edildi. Ancaq ölkəmin təhlükəsizliyi, əminamanlığı üçün mənimlə məzara gedəcək sirlərim var".

Qeyd edək ki, Məhəmməd Mursi Misirin demokratik yolla seçilmiş ilk prezidenti olub.

2012-ci ildə xalq tərəfindən prezident seçilən Mursi bir il sonra hərbi çevriliş nəticəsində tutduğu postdan uzaqlaşdırılıb.

67 yaşında vəfat edən Misirin sabiq prezidenti casusluqda təqsirləndirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.