Dünya

Donald Tramp London merini tənqid edib

17 İyun 2019 22:08
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp şəxsi "Twitter" hesabından London meri Sadıq Xanı tənqid edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, D.Tramp 24 saat ərzində baş verən 3 cinayət hadisəsindən sonra paylaşdığı yazıda Londonun ilk müsəlman meri Sadıq Xanın İngiltərənin paytaxtını məhv etdiyini bildirib. Prezident Londonun yeni merə ehtiyacı olduğunu yazıb.

Sadıq Xanın köməkçisinin verdiyi açıqlamada merin hazırda cinayət qurbanlarının ailələrinin yanında olduğunu və belə tənqidlərə cavab verərək vaxtını itirməyəcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.