Dünya

Urmiyə voleybol liqasına türkcə şüarlarla öz möhrünü vurdu

17 İyun 2019 22:28
1 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Voleybol Federasiyasının (FİVB) millətlər liqası çərçivəsində Urmiyənin Qədir stadionunda keçirilən maçtlar tamaşaçıların səsləndirdiyi türkcə şüarlarla İran agentlikləri və sosial medianın gündəminə çıxıb.

Millətlər Liqasının (kişilər) üçüncü həftəsində 11-ci qrupda yer alan İran, Kanada, Polşa və Rusiyanın milli komandaları iyunun 14-dən 16-a qədər İran Azərbaycanının ikinci böyük şəhəri Urmiyədə qarşılaşıblar.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Qədir stadionunu həftə boyunca dolduran tamaşaçılar türk dilində həm ölkələrin yığmalarını alqışlayıb, həm də şüarlar səsləndiriblər. Sosial media istifadəçiləri Urmiyənin bu oyunlara türkcə şüarlarla öz damğasını vurduğunu yazırlar.

Bu mövzunu İran agentlikləri xəbər başlıqlarında dərc ediblər. İran agentlikləri həmçinin Urmiyədə İranın alqışlanmadığını irəli sürüblər.

"Stadionda hazır olan tamaşacılar alqışlarında İranın adını çəkmirlər. Onlar İran milli komandasına belə 'Urmiyə milli komandası' deyirlər. Bunun səbəbi bəlkə də milli komandanın bir çox oyunçusunun Urmiyədən olmasıdır. Tamaşaçılar israrlı bir şəkildə Urmiyəli oyunçuları alqışlayırlar" yarı-rəsmi Tasnim agentliyinin xəbərində dərc olunub.

Sosial mediada paylaşılan videolara əsasən, tamaşaçılar xüsusilə İran milli komandasının Urmiyəli kapitanı Səid Mərufu alqışlayırlar.
Keçən bir neçə gün ərzində beynəlxalq voleybol oyunları səbəbilə Urmiyə şəhərində görünən həyəcan və izdiham bir çox idman jurnalisti və İran rəsmilərini heyrətə salıb.

İran mətbuatı həmçinin Qədir stadionun Urmiyə üçün çox kiçik olduğunu yazıblar. On minlərlə vətəndaş matçları çayxanalarda, küçələrdə və bir neçə parkda yerləşdirlən böyük ekran televiziyalardan izləyiblər.

İranın idman və gənclər nazirinin müavini Məhəmməd Rza Davərzəni bu haqda belə deyib:

"Urmiyə əla bir ev sahibliyi sərgilədi. Asiyanın Voleybol Paytaxtı ünvanı bu şəhərin haqqıdır. Stadiona gələn tamaşaçılardan əlavə 50 min insan da oyunları küçələrdə və parklarda izlədilər. Mən əminəm ki, Qədir stadionu bir futbol stadionu qədər böyük olsaydı, yenə də tam dolardı."

İran milli komandasının məşqçisi İqor Kolakoviç oyunlarında Urmiyədə keçirilməsindən məmnun olduğunu ifadə edib.

Kolakoviçin sözləri Beynəlxalq Voleybol Federasiyasının (FİVB) veb səhifəsində dərc olunub:

"Urmiyənin voleybolda çox zəngin bir tarixə malikdir. Bizim komandanın Urmiyədən gələn oyunçuları var. Öz xalqları önündə oynamaq onları həyəcanlandırır."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.