Dünya

Türkiyədə miqrant qayığının batması nəticəsində 8 nəfər ölüb

17 İyun 2019 21:23
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin qərb sahillərində miqratları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölüb, 31 nəfər xilas edilib.

Muğla vilayətinin Bodrum rayonunun sahillərində batmış qayıqda olan şəxslərə çatmaq üçün sahil keşikçiləri tərəfindən axtarış-xilasetmə əməliyyatı keçirilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, iki qayıq, bir dalğıc komandası və bir sahil təhlükəsizlik vertolyotu ilə həyata keçirilən axtarış xilasetmə əməliyyatı zamanı qayıqda olan 40 miqratndan səkkizinin cəsədi tapılıb.

Daha əvvəl verilən məlumatda sahil təhlükəsizlik xidməti tərəfindən doqquz itkin düşmüş miqratınaxtarıldığı bildirilmişdi.

2015-ci ildən Türkiyə Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşlarına ölkələrindəki münaqişələr və yoxsulluqdan qurtulmaq üçün Avropa Birliyi ərazisinə dəniz yolu ilə qaçan miqrantların əsas yerlərindən biri olub. Ankara ilə Avropa Birliyi arasında 2016-cı il razılaşmasından sonra bu axın kəskin şəkildə azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.