Dünya

İran uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək

17 İyun 2019 19:36
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın atom enerji təşkilatının sözçüsü bazar ertəsi bildirib ki, onun ölkəsi bir azdan 2015-ci ildə beynəlxalq razılaşmaya əsasən uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, dövlət televiziyasında müxbirlərin suallarını cavablandıran Behruz Kamalvəndi deyib ki, iyunun 27-dək ehtiyatlar 300 kiloqramdan daha çox olacaq.

Lakin o deyib ki, əgər ABŞ-ın İranın neft sənayesinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün əldə edilən razılığa imza atan digər ölkələrdən kömək edilərsə, İran uran zənginləşdirmə məhdudiyyətini razılaşdırılmış səviyyəyə endirməyi nəzərdən keçirəcək.

Müttəfiqlərin nüvə silahı istehsalı barədə narahatlıqları səbəbindən 2015-ci ildə əldə edilmiş razılığa əsasən İran nüvə proqramını məhdudlaşdırıb. Bunun qarşılığında İran iqtisadiyyatına ciddi zərər vuran iqtisadi sanksiyalardan yaxa qurtara bilib.

Ötən il isə ABŞ razılıqdan çıxıb və bununla Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanı İranla razılığı qüvvədə saxlamaq kimi çətinlik qarşısında qoyub.

İran digər ölkələri ona kömək etmək üçün kifayət qədər iş görməməkdə təqsirləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.