Dünya

Qolan təpələrində Trampın adına qəsəbə salınır - FOTO

17 İyun 2019 17:50
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qolan təpələrində ABŞ Prezidenti Donald Trampın adını daşıyan yaşayış məntəqəsinin təməli qoyulub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ramat Tramp (Tramp təpələri) adlı qəsəbə ABŞ Prezidentinin İsrailin Qolan təpələrindəki hakimiyyətini tanımasına təşəkkür jesti olaraq salınacaq.

Təməlqoyma mərasimində İsrail Baş naziri Binyamin Netanyahu, prezidenti Reuven Rivlin və digər hökumət nümayəndələri iştirak ediblər.

ABŞ Prezidenti D.Tramp artıq öz "Twitter" səhifəsində bu jestə cavab verib: "Netanyahu və İsrailə təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.