Dünya

Paraqvayda həbsxanada üsyan: 10 ölü, 10 yaralı

17 İyun 2019 12:47
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latın Amerikası ölkələrindən olan Paraqvaydakı həbsxanaların birində üsyan olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, üsyan nəticəsində 10 məhkum ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər naziri Xuan Villamayor bildirib ki, narkotik maddə alverçisi olan iki cinayət qruplaşması üz-üzə gəlib. Hadisə paytaxtın 400 km şimali şərqindəki "San Pedro de Ycuamandiyu" həbsxanasında baş verib. Məlum olub ki, ölənlərin hamısı cinayətkar qruplaşma üzvləridir.

Rəsmi məlumata əsasən, qruplaşmalardan biri Braziliya mənşəli, digəri isə hər iki ölkədə narkotik alverlə məşğul olan qruplaşmadır.

Üsyan 3 saat davam edir. Ölənlərdən beşinin başı kəsilib, 3-ü yandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.